Xəstələnməmək üçün ideal temperatur tapıldı

Soyuq hava şəraiti insan ölümünə gətirib çıxara biləcək təbii amildir. Medpress.az xarici mediaya istinadla xəbər verir ki, bunu Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Mərkəzinin əməkdaşları müəyyənləşdiriblər. Alimlər araşdırmanın nəticələrinə görə aşağı temperatur və insanın həyat fəaliyyəti arasında əlaqə olduğunu təsdiqləyiblər. Mütəxəssislər bunun üçün bütün ölkədə 1,8 milyondan çox insanın təbii ölüm halını öyrəniblər. Məlum olub ki, ölüm hallarının əksəriyyəti soyuq hava ilə əlaqəlidir.

 

 

“Soyuq hava ürək-damar sisteminə təsir edir və insanın avtonom sinir sistemində dəyişikliklərə gətirib çıxarır, qan təzyiqinə təsir göstərir, iltihablı proseslərlə bağlılığı var”, -alimlər söyləyib.

 

Mütəxəssislər onu da müəyyənləşdiriblər ki, soyuq havada qalan uşaqlar, qadınlar və yaşları 75-dən yuxarı olanlar təhlükəyə daha çox məruz qalırlar.

 

 

Bundan əlavə, insan üçün ideal temperatur da açıqlanıb – 22,8 dərəcə. Alimlərin fikrincə, belə olan səviyyədə xəstələnmək riski minimuma düşür.

 

(Visited 54 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir