Türkiyəli həkimlərdən yeni əməliyyat üsulu – dünyada ilk

Qara Dəniz Texniki Universitetinin tibb fakültəsinin döş qəfəsi cərrahiyyəsi bölümünün əməkdaşları tərəfindən tətbiq edilən yeni əməliyyat üsulu dünya tibb ədəbiyyatına daxil edilib. Bu əməliyyat nəfəs borusunda darlığın meydana gəlməsi nəticəsində nəfəsalma çətinliyi çəkən xəstələr üzərində aparılıb.

 

Medpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünyada ilk dəfə həyata keçirilən bu üsul sayəsində əməliyyatdan sonra bir müddət çənənin sinəyə tikili vəziyyətdə qalması prosesi aradan qalxıb.

 

Universitet alimlərinin verdikləri məlumata görə, tətbiq edilən yeni üsul xəstələrin əməliyyatdan sonra daha tez və rahat sağalması baxımından çox əhəmiyyətlidir.

 

(Visited 64 times, 1 visits today)
Elm rubrikalarında dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir