Qan təzyiqi niyə hər iki qolda ölçülməlidir?

Alimlər qan təzyinin hər iki qolda ölçülməsini vacib hesab edirlər. Yuxarı təzyiq göstəricilərindəki qollar arasındakı fərq civə sütununun 10 millimetrini aşırsa, bu, infarkt,insult  və erkən ölüm riskinin yüksək olduğunu göstərir.

 

Medpress.az xəbər verir ki, bu xəbərdarlıqla, Böyük Britaniyanın Exeter Universitetinin tibb məktəbindən olan alimlərin rəhbərlik etdiyi böyük beynəlxalq tədqiqatçılar qrupu çıxış edib. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Hypertension” jurnalında dərc edilib.

Müəlliflər bu mövzuda 24 qlobal araşdırmanın nəticələrini təhlil ediblər. Tədqiqatlarda ümumilikdə Avropa, ABŞ, Afrika və Asiyanın 53 mindən çox yetkin sakini iştirak edib.

 

Hesab olunur ki, sistolik (yuxarı) arterial təzyiq göstəricilərində iki qolda ölçüldükdə əldə edilən fərq nə qədər çox olarsa, ürək-damar sistemi üçün risklər bir o qədər yüksəkdir. Bu fərq hər tərəfdən arteriyaların daralmasının dərəcəsini və müvafiq olaraq aterosklerozun inkişaf səviyyəsini əks etdirə bilər.

 

Tədqiqatçıların təyin etdikləri kimi, iki qolda  sistolik təzyiq göstəriciləri civə sütununun 10 millimetrindən çox fərqlənməməlidir. Fərq daha böyükdürsə, infarkt, insult , stenokardiya  və vaxtından əvvəl ölüm riski artır.

 

Tibb mütəxəssisləri üçün olan eynəlxalq təlimatlarda xəstələrin ardıcıl hər iki qolda  da təzyiqini ölçmək müayinədə bir tövsiyə kimi daxil edilib. Qeyd olunub ki, lakin bu təlimata az riayət edilir və müəlliflər bunun çox yanlış olduğunu qeyd edib. Çünki belə bir sadə üsul ürək problemləri və qan damarlarının yüksək risk zonasında olanları müəyyən etməyə imkan verir (e-təbib).

 

(Visited 105 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir