30-40 il yaşaya bilsəniz, ömrünüz 1000 ilə qədər uzanacaq – ALİMLƏR

ABŞ-dan olan alimlər müəyyən ediblər ki, bəşəriyyətin ən ümdə arzusu tezliklə reallığa çevrilər və insanlar 1000 ilə qədər yaşaya bilərlər. Tədqiqatçıların sözlərinə görə, onlar ömrün necə uzadılmasını kəşf ediblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, botanika təkamülü professoru Maykl Rouzanın fikrincə,  lap tezliklə insanlar uzunömürlü ola biləcəklər. Təxminən 30-40 ildən sonra hər adam min, yaxud daha çox yaşaya biləcək.

 

İnsanın ömrünü uzatmağa gen mühəndisliyi kömək edəcək. Amerikalı alimlər yaxında kəşf ediblər ki, insanın həyatı hüceyrələrin tərkibində olan telomerlərdən asılıdır. İldən-ilə insanın bədənindəki telomerlər azalır, buna görə də hüceyrələr ölür və qocalma baş verir.

 

Stenford Universitetinin tibb fakültəsinin alimləri telomerlərin ömrünün süni uzadılması üsulunu tapıblar. Beləliklə, amerikalı alimlər hesab edirlər ki, əbədiliyə birbaşa yol nəzəri cəhətdən artıq açıqdı. Vacib olan təcrübədə telomerlərin ömrünü uzatmaqdır ki, insan 1000 ilə qədər yaşaya bilsin.

 

(Visited 140 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir