Sabah Bakıda 8 dərəcə isti gözlənilir – PROQNOZ

Fevralın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək, havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək, 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaq.

 

Respublikamızın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.

 

(Visited 38 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir