Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb

Bu il Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb.

 

Medpress.az-ın report-a istinadən verdiyi məlumata Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib ki, qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq.

 

Onun sözlərinə görə, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur: “Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur”.

 

2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.

 

 

(Visited 174 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir