Direktor: Son illər Şəkidə ana ölümü qeydə alınmayıb

“Bu ilin son 3 ayı ərzində Şəki Regional Perinental Mərkəzinin Yenidoğulmuşlar Şöbəsinə 488 körpə daxil olub”. Medpress.az bildirir ki, bunu “Report”a Mərkəzin direktoru Ruziyyə Hüseynova deyib.

 

Son illər Şəkidə ana ölümü qeydə alınmayıb

Onun sözlərinə görə, körpələrdən 9-u əkiz olub: “Mərkəzin Yenidoğulmuşlar Şöbəsində 55 körpə reanimasiyada saxlanılıb. Başqa rayonlardan (Balakən, Mingəçevir, Zaqatala, Qax, Oğuz, Qəbələ) isə mərkəzə 37 anasız yenidoğulmuş gətirilib”.

 

R.Hüseynova qeyd edib ki, son 3 ay ərzində Mərkəzin doğum şöbəsində ümumilikdə 522 hamiləlik qeydə alınıb: “Onlardan 472 nəfəri təbii doğuş, 145 nəfəri isə qeysəriyyə üsulu ilə cərrahi doğuş keçirib”.

 

Direktor son illər Şəkidə ana ölümü faktı qeydə alınmadığını bildirib.

 

(Visited 40 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir