Plovdan zəhərlənən 11 nəfər öldü

Hindistanın cənubunda dini yeməkdən zəhərlənən ikisi uşaq olmaqla 11 nəfər ölüb.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, hadisə Çamradjnaqar dairəsindəki kilsə ərazisində qopurama (qüllə) tikintisinə həsr olunan mərasimdə baş verib.

 

 

Zəhərlənən 90 nəfərdən 11-nin ağır vəziyyətdə olduğu bildirilir.

 

 

– Nahardan sonra insanlar qusmağa başladılar, ürəyi gedib yıxılanlar da vardı, – xəbərdə vurğulanır.

 

 

Məlumata görə, 60-a yaxın quş da ölüb. Ehtimal olunur ki, onlar da həmin yeməkdən zəhərləniblər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir