Ən zərərli şokolad hansıdır?

Elə bir insan tapmaq çətindir ki, şokoladı sevməsin, yaxud heç vaxt onun dadına baxmasın. Ancaq bəziləri istənilən keyfiyyətli şokoladı yeməyi özünə rəva görür, ona görə ki, daha təhlükəli düşməni görünüşünə görə tapmaq çətindir. Əlbəttə, şokolad və az xeyir gətirmir, amma onun növlərinin hamısı faydalı deyil.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, ən faydalısı acı və qara şokolad sayılır. Tərkibindəki antioksidantlar sayəsində o, bizim hüceyrələrimizdəki zərərli sərbəst radikalların təsirini zərərsizləşdirir.

 

Qara şokoladdakı  prosidantlar damarların divarlarını xolesterin plakatlarının yaranmasından qoruyur. Bundan əlavə, onların iltihab əleyhinə yaxşı effekti var. Ancaq unutmaq olmaz ki, qara şokoladda bir çox doymuş yağ var. Ona görə də hətta onlara aludə olmaq lazım deyil.

 

Südlü çokolad – şirin sevənlərin favoritidir, amma xeyri onun bir qədər azdır. Onun tərkibindəki süd bütün antioksidant xüsusiyyətlərini dağıdır. Eyni zamanda daha çox kalorilidir.

 

Ən zərərli şokolad isə ağdır. Tərkibində sağlam kakao tozu yoxdur, lakin quru südü çoxdur. Buna görə də  bədənə canlandırma gətirən və antioksidant təsiri yoxdur.

 

Bundan əlavə, o, tez karies yaranmasına təhrik edir. Çümki onun tərkibində bakteriyaların artmasına mane olan maddə qara şokoladdan fərqli olaraq yoxdur. Həmçinin ağ şokolad  maddələr mübadiləsinə mənfi təsir göstərir və tez çəki artmasına gətirib çıxarır.

 

(Visited 111 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir