Seksdən sonra qucaqlaşmaq vacibdir: PSİXOLOQ

İntim münasibətdən sonra qucaqlaşmaq gələcək qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır. Bunu psixoloq Castin Lemmiller söyləyib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ekspert qeyd edir ki, qucaqlaşmaq  tərəfdaşla emosional yaxınlaşmanın effektliyə çatmasına kömək edir. Lemmillerin fikrincə, daha effektlilik “qaşıq” vəziyyəti hesab olunur. Psixoloq deyir ki, sekslə məşğul olduqdan sonra tərəfdaşlar nə qədər çox bu vəziyyətdə dayansalar, özlərini daha xoşbəxt hiss edirlər.

 

Lemmillerin keçirdiyi araşdırma çərçivəsində 138 kişi və 197 qadından məlumat toplanılıb. Onlar başlanğıc, cinsi akt və seksdən sonra əzizlənməkdən razı olub-olmadıqlarını, eləcə də öz seksual həyat və münasibətlərindən  məmnunluqlarını söyləməli olublar.

 

Məlum olub ki, seksdən və münasibətdən məmnunluq hissi intim münasibətdən sonra nəvazişə ayrılan vaxtdan birbaşa asılıdır. Nəvaziş nə qədər çox davam edirsə, insan özünü bir o qədər xoşbəxt hiss edir. Bu zaman “qaşıq” vəziyyəti ən əhəmiyyətli nəticələr göstərib.

 

Bir tərəfdən bağlılıq hissi, bəlkə də bununla şərtlənir ki, cütlüyün münasibətlərində xoş yuxuya bir yerdə gedirlər. Ancaq psixoloqun fikrincə, müsbət emosiyaların səbəbi  odur ki, cinsi aktdan sonrakı tərəfdaşları emosional olaraq birləşdirir.

 

 

 

(Visited 537 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir