İlk seks təcrübəsinin uğursuz ola bilməsinin səbəbi AÇIQLANDI

İlk seks təcrübəsi psixoloji zədə səbəbindən uğursuz ola bilər. Yaşları 17-dən 24-yə qədər olan 2825 britaniyalı arasında keçirilən sorğu göstərir ki, qadınların 40 faizə yaxını və kişilərin 26,5 faizi ilk intim yaxınlığın lazım olan vaxtda və düzgün adamla  olduğuna inanmır.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, Böyük Britaniyanın Dövlət səhiyyə xidmətinin ekspertləri qızlığını itirməyi qərarı verməzdən əvvəl  buna hazırlaşanlar üçün suallar hazırlayıb.

 

Siz bunun düzgün qərar olduğunu hiss edirsinizmi?

 

Siz öz tərəfdaşınızı sevirsinizmi?

 

O, (oğlan, yaxud qız ola bilər) sizi bu qədər güclü sevirmi?

 

Cinsi yolla yoluxan xəstəliyin profilaktikası üçün prezervativdən istifadə haqda danışmısınız, bu söhbət sakit keçib?

 

Sizin arzuolunmaz hamiləlikdən qorunmağınız üçün kontrasepsiya vasitələriniz varmı?

 

Siz istənilən an “yox” deyə biləcəytinizi hiss edirsinizmi? Əgər birdən çox düşünərsiniz, hər ikiniz bunu normal qəbul edirsniz?

 

Mütəxəssislər bu sullara cavab verəmnəyə çağırır:

 

Siz tərəfdaşınız tərəfindən təzyiq hiss edirsiniz?

 

Siz sonra fiziki yaxınlıq üçün təəssüflənə bilərsiniz?

 

Siz seks haqda yalnız tərəfdaşınızı itirməmək üçün düşünürsünüz?

 

Siz seks haqda öz dostlarınızda hansısa seksual təcrübənizlə bağlı təəssürat yaratmaq barədə düşünürsünüz, yoxsa onlardan geri qalmamaq üçün?

 

Əgər siz müsbər cavab verərsinizsə, bu zaman seksual münasibətlərə razılaşmağın lazımlı olub-olmadığı haqda əsl düşünmək zamanıdır. 

 

(Visited 545 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir