İnsanların sifətini eybəcərləşdirən cərrah məhkəməyə verildi

Pasiyentlər onların sifətini eybəcər hala salan plastik cərrahı məhkəməyə veriblər. Onlarla zərəçəkən deyib ki, günhalandırılan şəxs onları zahiri görkəmlərini əməliyyatla yaxşılaşdıracağına və çapıqlardan xilas olacaqlarına inandırıb. Lakin pasiyentlər vəd edilən gözəllik əvəzinə tamamilə başqa mənzərə görüblər.

 

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, Braziliyanın qərbindəki Qoyana şəhərindən olan bədəməl cərrahın neştərindən ən azı 40 nəfər zərər çəkib. Zərərdidələr Uesli Murakaminin onlara zəhərli dərman verməsi nəticəsində üzlərində iri şişlər əmələ gəldiyini iddia ediblər.

 

Bundan əlavə, özünü plastik cərrah kimi təqdim edən fırıldaqçının heç müvafiq ixtisasının olmadığı da üzə çıxıb.

 

Bəzi pasiyentlər başabəla həkimin onların başına gətirdiyi oyunu əks etdirən fotoları da paylaşıblar. Məqsədləri məhkəmənin ondan lisenziyanı ömürlük geri almasına nail olmaqdır.

 

Adının çəkilməsini istəməyən bir kişi isə söyləyib ki, sifətindəki çapıqlardan xilas olmaq üçün bioplastika etdirmək qərarına gəlib. Sonrakı dörd il ərzində həkimin səhvini düzəltdirməyə çalışsa da, əvvəlki görünüşünü bərpa etdirməsi mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir