Məlumdur ki, qadınlar kişilərlə müqayisədə, ümumiyyətlə çox yaşayırlar. Ancaq qadınlar daha pis qocalır: ahıl yaşda sağlamlıq göstəriciləri kişilərdə daha yaxşıdır.
Medpress.az xarici mediaya istinadən bildirir ki, bu paradoksun öyrənilməsi ilə Ekseter universitetinin araşdırmaçıları məşğul olub. Bəs niyə qadınlar daha çox yaşayır, lakin kişilərlə müqayisədə daha pis qocalırlar? Alimlərin fikrincə, bu fenomenin izahı iki cins arasındakı genetik münaqişə ilə bağlıdır: kişilərin və qadınların yaşamasını və sağlamlığını təmin edən genlər özlərini fərqli aparır.
Araşdırma göstərib ki, qocalığın keyfiyyət fərqi əsasən canlandırmaq funksiyasından asılı olan cinsi genlərə cavab verir. Məlum olduğu kimi, bəzi qadınlarda menopauza simptomları yarandıqda hamilə qalmaq və təbii yolla uşaq doğmaq istəyi yox ola bilər. Nəticədə cinsi genlər qadın orqanizmində hər hansı praktiki təyinatlı olmadan toplanır.
Tədqiqatçılar hesab edir ki, məhz bu amil qadın sağlamlığına mənfi təsir göstərir və kişilərlə müqayisədə qadınları pis qocalmağa məcbur edir. Güclü cinsin nümayəndələrinin cinsi genlərinin fəallığı tamamilə yeni həyat verir ki, bu da qocaldıqları zaman onların sağlamlığını dəstəkləyir. Kişilərin hətta qoca yaşlarında nəsillərini davam etdirmək imkanlarının olmasında bu amilin də xüsusi rolu olduğu vurğulanır.
Qadınlarda isə belə genlər cinsiyyət funksiyası qalana qədər fəaldır. Qadınların kişilərdən çox yaşamasını isə alimlər əsasən sosial amillərlə izah edirlər.