Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 7-də saat 11:00-da Neftçala Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşları qəbul edəcək.

 

 

Medpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçala rayonları sakinlərinin müraciətləri, şikayət və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

 

 

 

Qəbulda iştirak etmək istəyənlər MRX-də qeydiyyatdan keçə bilərlər.

 

 

(Visited 55 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir