Düyünün bilinməyən faydaları

Aparılan araşdırmalara görə, yeməklərə bir stəkan da olsa atılan düyü sağlamlıq baxımından inanılmaz faydalar verir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, yeməklərdə istifadə ediləcək bir stəkan ağ düyü təklif edilən gündəlik fol turşusu və B vitamini dəyərinin 23 faizini qarşılayır və bu tərkibi sayəsində hüceyrələrin təzələnməsinə yardımçı olur.

 

Gün keçdikcə həyatımıza daha çox nüfuz etməyə başlayan sağlam qidalanma meyli yeni ildə də təsirini artıraraq davam edəcək kimi görünür. Sağlam qidalar siyahısının son illər əvəzsizi olan düyü isə, yeni il süfrələrini hazırlamaq üçün istifadə ediləcək həm ləzzətli, həm də əməli bir alternativdir.

 

Əslində, qidalanma zəncirinin ən kiçik elementlərindən biri olan düyü sağlamlığa ölçüsündən qat-qat artıq dəstək verir. Daşıdığı 15 növdən çox vitamin, mineral və faydalı antioksidantlar və verdiyi enerji ilə tam sağlam qida anbarıdır.

 

Məlumatlara görə, məlum olanın əksinə, çəki nəzarətinə də faydası olan düyünün yarım stəkanında yalnız 100 kalori var. Xüsusən son illərdə fol turşusu, kalium, maqnezium, selen, lif, dəmir və sink məzmunu ilə də daim ön planda olan düyü pəhriz siyahılarında üst sıralarda yer almağa başlayıb.

 

Düyü ilə gələn yeni hüceyrələr

 

Məlumatlara görə, bir stəkan ağ düyü, təklif edilən gündəlik fol turşusu və B vitamini dəyərinin 23 faizini qarşılayır və bu tərkibi sayəsində hüceyrələrin təzələnməsinə yardımçı olur. Aparılan bir araşdırmaya görə, fol turşusu, həmçinin ürək-damar sağlamlığına və anadangəlmə ürək narahatlıqlarına, sağlam qocalmağa və əslində, ümumi mənada bütün səhiyyəmizə dəstək olur.

 

Bundan başqa, bədənin yavaş-yavaş həzm etdiyi kompleks karbohidrat məzmunu sayəsində düyü hüceyrə yeniləməklə yanaşı, gün boyu fəal olmağınıza və əhvalı yaxşılaşdıran kimyəvi serotonin sayəsində rejiminizi dəstəkləyərək iştahanızı nəzarət altında saxlamağınızı təmin edir.

 

(Visited 269 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir