Bəşəriyyət ölümün astanasında – XƏBƏRDARLIQ

Vəhşi təbiət haqda elmi və sənədli jurnalistikanın pioneri Devid Attenboro bəşəriyyətin ölümün astanasında dayandığını və onun taleyinin dünyanın güclü siyasətçilərinin əlində olduğunu açıqlayıb.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, Attenboro insanların qəsdən özlərini və planeti öldürdükrlərini bildirib.

 

COP24 iqlim dəyişikliyi üzrə Polşanın Katoviyse şəhərində BMT konfransının açılışında çıxış edən tanınmış elmi jurnalist qeyd edib ki, bəşər sivilizasiyası “üfüqdədir” və əgər ekologiyanın qorunması ilə bağlı heç bir tədbir görülməzsə, Yer kürəsi əhalisi  növ kimi qırılacaq.

 

 

Attenboro bu zaman qeyd edib ki, iqlim üzrə razılaşmanı imzalayan dövlətlərin əksəriyyəti planetdə orta temperaturun stabilləşdirilməsini planlaşdırsalar da, götürdükləri öhdəliyi yerinə yetirmirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir