Fındıq müalicəsi mümkün olmayan bu xəstəliyin dərmanıdır

Yaxın zamanda edilən bir araşdırmaya görə bizim dövrün geniş yayılmış xəstəliklərindən biri olan Altsheymer (Altsheymer xəstəliyi – demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir) qidalanmanızda edəcəyiniz sadə bir dəyişikliklə qarşısı alına bilər.

 

Medpress.az bildirir ki, Journal of Nutritionda nəşr olunan araşdırmaya görə, hər gün bir ovuc fındıq yeyən yaşlı adamların maqnezium və E vitamini səviyyələri bir neçə ay ərzində artır. Bu artım isə Altsheymer qarşısını alır.

 

55 yaş və üzərindəki 32 nəfərin iştirakı ilə keçirilən prosesdə həmin şəxslər 16 həftə boyunca hər gün 57 qram fındıq yeyiblər.

 

Daha öncə aparılan bir tədqiqatda yüksək nisbətdə E vitamininin yaşa bağlı zehni zəifləmənin qarşısını aldığı ortaya çıxmışdı. Mütəxəssislər bu araşdırmanı da nəzərə alaraq etdikləri yeni işdə Altsheymer bol E vitamini ehtiva edən fındıqla qarşısının alına biləcəyini ortaya qoyublar.

 

Fındığın eyni zamanda ürək böhranı və diabetlə mübarizə aparmağa yardımçı olduğu bilinir. Son işdə aparılan qan analizləri, bir neçə ay ərzində hər gün bir ovuc fındıq sərf edən adamların qlükoza səviyyələrinin və pis xolesterinlərinin də düşürdüyünü göstərib.

 

 

(Visited 360 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir