Qusmaq üçün istifadə etdiyi diş fırçasını uddu

Muğlanın Milas rayonunda yaşayan H.İ.F. yediyi yeməyin ardından özünü pis etdiyindən qusmaq məqsədilə boğazına 15 santimetr uzunluğundakı diş fırçasını salıb. Gənc qadının ani reflekslə udduğu fırça mədəsindən xəstəxanada çıxarılıb.

 

Medpress.az Türkiyə mediasına ötən şənbə günü baş verən hadisədə özəl sektorda satış məsləhətçisi olan H.İ.F. axşam əri ilə yediyi yeməyin ardından özünü pis hiss edib. Rahatlamaq məqsədilə qusmaq üçün əlüzyuyanın yanına gedən H.İ.F. diş fırçasını boğazına salaraq qusmağa çalışıb. Ani reflekslə fırça, H.İ.F.nin boğazından girib mədəsinə qədər gedib.

 

 

Ərinə bir şey deməyən qadın, ertəsi gün rahatsızlaşanda vəziyyəti ərinə bildirib. Həyat yoldaşı tərəfindən Bodrum Dövlət Xəstəxanasına aparılan H.İ.F. buradan Muğla Sidqi Koçman Universiteti Təhsil və Araşdırma Xəstəxanasına gətirilib və diş fırçası əməliyyat yolu ilə mədəsindən çıxarılıb.

 

 

 

(Visited 58 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir