Bakıda və Sumqayıtda heyvan kəsənlər cəzalandırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz ət satışı məqsədi ilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir.

 

Medpress.az-a agentlikdən verilən məlumata görə, bununla bağlı paytaxtın Yasamal rayonunda və Sumqayıt şəhərində qanunsuz heyvan kəsimi məntəqələrində reyd keçirilib.

 

Reydlər Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları ilə birlikdə keçirilib.

 

Reyd zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulan inzibati tədbirlər görülüb. Eyni zamanda, yol kənarlarında qanunsuz olaraq quraşdırılan, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğularını icra hakimiyyəti orqanlarının nümayəndələri söküb.

 

 

 

(Visited 47 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir