Amerikalı alimlər iki mindən çox insan arasında onların intim həyatı ilə bağlı sorğu keçirib. Sorğu iştirakçılarının təxminən yarısı deyib ki, həyəcanlı olmaq ehtirası azaldır və seksual həyatda problem yaradır.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hər iki cinsdən rəyi soruşulanların təxminən yarısı intim həyatından razı olmadığını bildirib. Respondentlərdən 55 faizdən çoxu öz ustalığına əmin olduğunu söyləyib. Yeri gəlmişkən, sorğu onu da göstərib ki, qadınların yalnız üçdəbiri özündən yaşca 10 və daha böyük tərəfdaşı ilə intim münasibətə razılaşar, kişilər arasında isə bu göstərici 58 faiz təşkil edib.
Maraqlısı budur ki, kişilərin 38, qadınların 25 faizi şəxsi həyatlarından razı olmadğını söyləyib. Bu zaman onların 43 faizi səbəb kimi hər şeyin pozulmasında stresin rolu olduğunu deyiblər.
Sorğu iştirakçılarının dediyinə görə, həyəcan hissi dincəlməyə imkan vermir və ehtirasa mənfi təsir göstərir. Respondentlərin təxminən üçdə bir hissəsi onların intim uğursuzluğunda fizioloji, dörddə bir hissəsi psixikaları ilə bağlı problemlərinin günahkar olduğunu deyib.
Bundan əlavə, intim həyata əngəl kimi bu səbəblər də açıqlanıb: uşaqlar, iş, pornoqrafiya, qohumlar, televiziya və dostlar. Kişilərin yarısı deyib ki, virtual seksi xəyanət hesab etmirlər.
Mütəxəssislər cütlüklərə intim həyartlarına mane olan problemlərin həllinə cəhd etməyi məsləhət görüblər. Çünki intim həyatdan narazılıq boşanmamara da səbəb olan əsas amillərdən biridir.