Qadın soyuğa qarşı allergiyadan ölə bilər

Amerikanın Oklahoma ştatının Klivlend şəhərindən olan 26 yaşlı alişa Makintayr son dərəcə nadir problemlə – soyuğa qarşı həyatı üçün təhlükəli olan allergiya ilə üzləşib.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, qadının dərisində ilk dəfə qəribə qızartılar əmələ gələndə, bunun yaxınlarda qəbul etdiyi hansısa dərmana görə olduğunu düşünüb. Lakin bir kurs müalicədən sonra allergiya dayanmayıb.

 

“Mən salonu qızdırılmayan avtomobilə oturanda topuqlarımda gicikmə başladığını gördüm”, – Alişa söyləyib.

 

Qadın müraciət etdiyi xəstəxanada soyuğa qarşı güclü allergiya diaqnozu qoyulub və gündəlik antigistamin dərmanı qəbul etməsini yazıblar.

 

Həkimlərin sözlərinə görə, bu allergiya çox təhlükəlidir. O, anafilaktik şoka səbəb olar ki, bu da ölümlə nəticələnər. Bu səbəbdən Makintayp aşağı temperatur olan yerdən uzaq durmağa və gündə iki dəfə dərman qəbul etməyə məcburdur. Bu dərman isə yalnız əlamətləri müvəqqəti götürür.

 

 

(Visited 196 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir