Gürcüstanda qripdən ölənlərin sayı 18-ə çatıb

Gürcüstanın Zuqdidi şəhər Xəstəxanasında 41 yaşlı kişi qrip virusundan ölüb.

 

Medpress.az-ın Gürcüstan mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs xəstəxanaya yanvarın 10-da yerləşdirilib.

 

Xəstəyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Xəstənin ölümünə “donuz qripi” adandırılan A (H1N1) virusunun səbəb olub-olmadığı ekspertizadan sonra  müəyyənləşdiriləcək.

 

Hazırda Zuqdidi şəhər Xəstəxanasında qrip virusuna yoluxan beşi uşaq olmaqla 27 pasiyent müalicə olunur. Onlardan biri süni tənəffüs aparatına qoşulub.

 

Gürcüstanda 18 nəfərin “donuz qripi”ndən ölməsi laboratoriya şəraitində təsdiq olunub.

 

Bunu Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

 

O deyib ki, qrip virusuna yoluxma göstəricisi 253 hal olaraq qalır: “Xəstəxanalarda müalicə olunanların vəziyyəti diqqət tələb edir. Qripə yoluxmanın pik həddi çoxdan geridə qalıb”.

 

 

 

(Visited 32 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir