Sağlam həyat tərzi haqqında 5 axmaq əfsanə

Sağlam həyat tərzi bu gün olduqca məşhurdur, ancaq onunla bağlı müxtəlif əfsanələr də az populyar deyil.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-dan olan diyetoloqlar Devid Kats və Mark Bittman bir neçə belə əfsanəni ifşa ediblər.

 

Birinci əfsanə. Karbohidratlar zərərlidir

 

Karbohidratların zərəri haqda əfsanələr çox geniş yayılıb. Arıqlamaq arzusunda olan insanlar karbohidratların miqdarını öz rasionlarında minimuma qədər azaldırlar. Diyetoloqların sözlərinə görə, karbohidratlar bütün məhsulların tərkibində var və ondan imtina etmək mümkün olmayacaq. Əgər karbohidratların azaldılması barədə danışırıqsa, onda daha çox şəkərdən istifadəni azaltmaq daha doğru olacaq.

 

İkinci əfsanə. Ac qalmaq sağlamlıq üçün faydalıdır

 

Əslində ac qalmaq insanı daha sağlam etməyəcək, ən azı aclığın insan sağlamlığı üçün xeyirli olduğunu sübut edəcək ciddi elmi araşdırmalar yoxdur. Ancaq əgər ac qalmağı çox istəyirsinizsə, bunu ehtiyatla etməlisiniz. Mütəxəssislər bununla bağlı xəbərdarlıq edir.

 

Üçüncü əfsanə. Çörəkdən imtina yaxşıdır

 

Keyfiyyətli taxıl unundan çörək, mütəxəssislərin iddiasına görə, lif və vitaminlərin əla qaynağıdır. Ancaq onda kalori kifayət qədər çoxdur. Əgər insan arıqlayırsa, onun vaxtında çörəkdən imtina etməsi lazımdır, Mütəxəssislərin fikrincə, qalanlar məqsədyönlü şəkildə bir-iki dilim taxıl çörəyi yeməlidir.

 

Dördüncü əfsanə. Arıqlamaq üçün idman salonuna getmək lazımdır

 

Nə qədər qəribə olsa da, mütəxəssislər bunu da əfsanə hesab edirlər. Onların sözlərinə görə, idman ilk növbədə orqanizmin və immunitetin möhkəmləndirilməsi üçün vacibdir. Ancaq arıqlamaq üçün əsas şərt qəbul edilən kalorinin azaldılmasıdır.

 

Beşinci əfsanə. Orqanizmi “təmizləmək” lazımdır

 

Sağlam həyat tərzi tərəfdarları arasında  nər növ “detoks” çox populyardır: onların çoxu nəyə görəsə əmindir ki, orqanizmi vaxtaşırı “zəhərlərdən” “təmizləmək” lazımdır. Əslində bədəndən lazımsız olan bütün bunları qaraciyər və böyrəklər çıxarır. Əgər siqareti tərgidib, balanslı yeməyə başlasanız, idmanla məşğul olsanız, orqanizmin zəhərlərdən təmizlənməsi haqda narahat olmağa dəyməz.

 

(Visited 159 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir