Siqaretdən imtina qadınlarda iflicin inkişafı riskini azaldır

Siqaretdən imtina qadının sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Alimlər müəyyənləşdiriblər ki, zərərli vərdişdən imtina qadınların menopauzadan sonra iflicin inkişafı riskini avtomatik aşağı salır.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, Miçiqan Universiteti mütəxəssislərinin fikrincə,  siqaret çəkmək arteriyaların işinin pozulmasına gətirib çıxara bilər. Siqaretdən imtina arteriyalar üçün müsbət təsir göstərir, qan laxtalarına səbəb ola biləcək işemik iflicin yaranma riskini azaldır.

 

Alimlər qeyd edirlər ki, menopauza zamanı metabolik dəyişikliklər orqanizmdə tez-tez olur, o cümlədən arterial təzyiq və xolesterinin səviyyəsinin sıçrayışı baş verir. Bununla əlaqədar infarkt və iflic xəstəliklərinin riski yüksələ bilər. Ona görə  siqaretdən imtina qadın sağlamlığı üçün birinci dərəcəli əhəmiyyətə malikdir.

 

İflicin profilaktikası işində fiziki yüklənmənin və sağlam qidalanmanın da vacib rolu qeyd edilib.

 

(Visited 32 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir