Qadınlara seks zamanı corab niyə lazımdır? – SEKSOLOQLAR

Çoxları əmindirlər ki, yataqda sevişən zaman paltara yer yoxdur. Lakin Hollandiyadan olan alimlər nəticə çıxarmağa tələsməməyi məsləhət görürlər. Qarderobdakı bəzi əşyalar intim yaxınlıq zamanı xüsusilə qadınlar üçün həyəcanı daha da yaxşılaşdırmaqda çox əhəmiyyətlidir.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Qryuni qen Universitetinin seksoloqları müəyyən ediblər ki, ehtirası aşağı və orqazm problemləri olan qadınlara və qızlara corab kömək edə bilər. Onlar ayağı isitməklə qan dövranını yaxşılaşdırır, ehtirasın sürətlə artmasına və cinsi orqanın həssaslığının yüksəlməsinə bilavasitə təsir göstərir, nəticədə intim münasibət hisslərini pik həddə çatdırır.

 

Mütəxəssislər həm corabla, həm də corabsız sekslə məşğul olan qadınların iştirakı ilə eksperiment aparıblar. Nəticədə ayaqları yalın olan xanımların orqazmı (seks zamanı boşalması) 50 faiz, corabla intim münasibətə girən xanımlarınkı isə 80 faizə çatıb. Bu zaman ayağı corablı xanımlar corabsızlarla müqayisədə intim əlaqədən daha çox xoş təəssüratla ayrılıblar.

 

Alimlər təxmin ediblər ki, fiziologiya ilə yanaşı, psixologiyanın da əlaqəsi var. Qadın corabda özünü daha təhlükəsiz hiss edir, çünki ayaqlar isti olanda, beyinin prefrontal nazik dərisinin və bədənin badamşəkilli fəallığı azalır. Məhz bu zonalar qorxunun, həyəcanın formalaşmasına cavab verir, qadının orqazm olması üçün isə arxayınçılıq və əmin-amanlıq olduqca vacibdir. Bu işdə yataq otağının sakitliyi, rahatlığı və komfortlu havası da az əhəmiyyətli deyil.

 

(Visited 1. 633 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir