İlk doğuş üçün ən yaxşı yaş hansıdır?

Alimlər qadınlar üçün hansı yaşda ilk uşaq dünyaya gətirməyin daha yaxşı olduğunu açıqlayıblr.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislərin sözlərinə görə, hamiləlik və doğuş üçün ən yaxşı dövr 21-dən 35 yaşa qədərdir. Bu zaman başa düşmək lazımdır ki, artıq 25 yaşda qadın orqanizmində yaşlanma prosesi başlayır. Gözəl cinsin nümayəndələrinin orqanizmindəki ovulyasiyaların sayı 27 yaşda 12-dən 8-ə qədər azala bilər. 35 yaşda isə ildə 5-dən çox olmaya bilər. Bu, hamilə qalmaq şansını xeyli aşağı salır.

 

Bundan əlavə, qadınlar yaşlandıqca müxtəlif növ xroniki xəstəliklərə yoluxurlar. Bu, körpənin sağlamlığına da mənfi təsir göstərə bilər. Əgər siz 28 yaşınıza qədər uşaq doğmamısınızsa, çox ehtimal ki, bunu qeysəriyyə əməliyyatı ilə həyata keçirməli olacaqsınız. Bundan sonra bərpanız isə asan və tez başa gəlməyəcək.

 

Qeyd etmək lazımdır ki, Avropada qadınlar daha çox 35-40 ildən sonra övlad sahibi olmağa üstünlük verirlər. Avropa ictimaiyyəti hesab edir ki, gözəl cinsin nümayəndələri bu yaşda həm maliyyə, həm də psixoloji planda uşaq doğmağa daha yaxşı hazır olur.

 

Ancaq statistikaya əsasən, Avropada hər iki ailədən biri sonsuzdur. Hər üç cütlükdən birində fiziki və psixoloji qüsur ilə övladı doğulur.  Lakin yadda saxlamaq lazımdır ki, bütün qaydalarda istisnalar var.

 

Sağlam olun, doğmalarınızı və yaxınlarınızı qoruyun!

 

 

 

(Visited 167 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir