Bu qadınların ölü uşaq doğmaq riski çoxdur – ARAŞDIRMA

Qadın, əgər hamiləliyinin son 3 ayında böyrü üstə yatarsa, ölü uşaq doğmaq riski 2 dəfə azalır. Bu, yeni beynəlxalq araşdırma nəticəsində məlum olub.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, araşdırma onu da təsdiqləyib ki, hamiləliyin son 3 ayında kürəyi üstə yatmaq təhlükəlidir: bu, ölü uşaq doğuşu riskini artırır.

 

Yeni zelandiyalı alimlər belə nəticəyə gəlmək üçün özlərinin 2011-ci ildəki də olmaqla 5 əvvəlki araşdırmanı təhlil ediblər. Bu araşdırmalar zamanı ilk dəfə ananın beli üstdəki vəziyyəti  və ölü uşaq doğmaq arasındakı risk müəyyən olunub. Məlum olub ki, hamiləliyin 28-ci həftəsindən sonra bel üstdə yatmsaq ölü uşaq doğuşu riskini 2,6 dəfə artırır. Bu risk həm də digər amillərdən asılı olmayaraq qalır.

 

Ölü uşaq doğulması ilə bağlı digər risk amilləri ananın yaşı (40 yaşdan yuxarı), köklük, siqaret çəkmək və embrionların pis artımıdır. Ancaq uşağın ölü doğulması riski əgər hamiləliyin son 3 ayında qadın böyrü üstdə yatarsa, təxminən 6 faiz azalır. Beləliklə, dünyada 153 minə yaxın yeni doğulacaq körpəni xilas etmək mümkündür.

 

Beli üstdə yatmaqla uşağın ölü doğulması arasında əlaqə çox güman ki, bu vəziyyətdə uşaqlığa qan axınının azalması ilə bağlıdır.

 

Qeyd edək ki, ölü doğuş uşağın hamiləliyin 28-ci həftəsindən sonra itirilməsidir. Dünyada hər il 2,6 milyon ölü doğuş qeydə alınır. Bu, gündə 7178 körpənin ölü doğulması deməkdir.

 

 

(Visited 363 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir