Hətta bir qədəh şərab… iflic riskini artırır – XƏBƏRDARLIQ

Hətta bir qədəh şərab iflic olmaq riskini artıra bilər. Bu, Oksford universitetinin 500 min insanın iştirakı ilə apardığı araşdırma nəticəsində ortaya çıxıb.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlum olub ki, gündə 1-2 porsiya alkoqol qəbul etmək sonrakı 10 il ərzində iflicin inkişafı riskini 10-15 faiz, gündə 4 porsiya qəbulu isə 35 faiz artırır.

 

Beləliklə, alimlərə alkoqolun məhdudlaşdırılmış istifadəsinin ürək və damarlar üçün potensial faydası ilə bağlı fikirləri təkzib etmək mümkün olub.

 

Əlavə edək ki, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbi olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, 2030-cu ildə ürək-damar xəstəliklərindən (xüsusilə ürək xəstəliyindən və iflicdən) dünyada 23,6 milyona yaxın insan öləcək.

 

(Visited 135 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir