Yenidən qızdırıldıqda sizi zəhərləyəcək 6 qida

Bir çox yemək, təkrar isidilərkən toksin yayır. Bu səbəblə, bu qidaları salatlarda və ya soyuq yeməklərlə sərf etmək daha risksiz bir yanaşma olar. Xüsusilə bəzi qidaları təkrar-təkrar isitmək həzm problemlərinə, hətta qida zəhərlənmələrinə yol aça bilər. Sağlam qidalanma üçün yalnız təbii məhsullardan istifadə etmək yetərli deyil. Hansı məhsullarla hazırlandığı, necə bişirildiyi, necə və nə qədər müddət saxlandığı da yaxşı qidalanmağın vacib şərtləri arasındadır.

 

Medpress.az xarici mətbuata istinadən təkrar qızdırması məsləhət görülməyən  yeməkləri diqqətinizə çatdırır.

 

Toyuq

 

Toyuq, ən çox soyuducuda saxlanan yeməklərdəndir, çünki tez xarab olmaz və qızdırıldıqda da dadını qoruyur. Amma toyuq əslində ya təzə bişmiş və ya soyuq olaraq istifadə edilməlidir. Toyuğu təkrar qızdırmaq, zülal kompozisiyanın dəyişməsinə görə də düzgün şəkildə həzm edilməməsinə səbəb olur. Əgər hazırlandıqdan dərhal sonra istifadə edilməzsə, təkrar qızdırıla bilər, ancaq sadəcə aşağı temperaturda.

 

Göbələk

 

Yenidən qızdırıldıqda qida dəyərini itirən göbələk, riskli qidalar arasındadır. Həzm problemlərinə yol açdığından bişirilən kimi yeyilməsi təklif edilir.

 

Yumurta

 

Yumurtanın da toyuq kimi qızdırıldıqda zülal quruluşu dəyişir və içindəki su miqdarı azalır. Nadir görülən bir zəhərlənmə növü olsa da, yumurta yeməkləri və sousları istifadə edərkən diqqətli olmaqda fayda var.

 

Kərəviz

 

Əgər şorbanızda kərəviz olursa, bədəninizə verəcəyi zərərdən dolayı təkrar isitməkdən çəkinin. Kərəvizdə də, yenidən qızdırıldıqda nitritə çevrilən nitrat var. Bu da kərəvizin yenidən isidilməsi zamanı potensial kanserogen bir yeyinti olması mənasına gəlir. Bu baxımdan, şorbanızı yenidən qızdırarkən tərkibindəki kərəvizi çıxarmağı sınayın.

 

Çuğundur

 

Çuğundur da yenidən qızdırıldıqda nitritə çevrildiyi məlum olan nitrat ehtiva edir. Bu səbəblə çuğunduru da əgər sağlamlıq problemləri ilə üzləşmək istəmirsinizsə, yenidən isitməkdən uzaq durmağınız lazım olan qidalardandır. Çuğundurdan maksimum fayda təmin etmək üçün salatlarda istifadə etməyi təcrübədən keçirə bilərsiniz.

 

İspanaq

 

İspanaq tamamilə birdəfəyə istifadə edilməlidir. Çünki ispanaqda olan nitrat, təkrar qızdırıldığı zaman nitritə çevrilir. Xüsusilə uşağınıza ispanaq verərkən buna diqqətli olmağınızda fayda var. Körpələr üçün 5 mq nitrit qəbulu da ciddi zəhərlənməyə yol aça bilər. Yalnız ispanaq deyil kahı, kələm, roka kimi çiy istifadə etdiyimiz digər göyərtilər də eyni siyahıda ən təhlükəli yeməklərin başındadır.

 

 

 

(Visited 230 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir