Azərbaycanda və dünyada gender bərabərliyi

Hazırda dünyanın yalnız 6 ölkəsində gender bərabərliyinə nail olunub. Bu ölkələrin hamısı Avropa İttifaqına daxildir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Dünya bankının təhlilçiləri bu qənaətə Women, Business and the Law məruzəsində gəliblər. Gender bərabərliyinə nail olan ölkələr bunlardır: Belçika, Danimarka, Fransa, Latviya, Lüksemburq və İsveç. Bu ölkələr 100 bal toplayıblar.  Ən pis göstərici əsasən İslam dininə etiqad edilən ölkələrdədir: Qətər, İran, Sudan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri.

 

Azərbaycan 78,75 balla ikinci yüzlükdədir. Gürcüstanın göstəricisi 79,38, Ermənistanınkı 83,7 baldır.

 

Digər keçmiş SSRİ respublikalarında vəziyyət belədir: Rusiya 73,13 bal, Tacikistan 81,88 bal, Belarus və Ukrayna 78,75 bal, Qırğızıstan 76,88 bal, Qazaxıstan 75,63 bal, Özbəkistan 70, 63 bal.

 

Araşdırmada 187 ölkənin qanunvericiliyi 8 meyar üzrə təhlil edilib: əmək haqqının bərabərliyi, bərabər iş imkanları və şəxsi biznes aparılması, qadınlara məxsus aktivlərin idarəetmə hüququ sahəsində qanunvericilik, bərabər pensiya təminatı, hərəkət azadlığı, eləcə də ailə və nikah haqqında qanunvericilik (gənc atalar üçün məzuniyyət və hamiləlik məzuniyyəti zamanı qadınların iş yerini saxlamaq təminatı). Hər göstərici üzrə ölkəyə bal verilir. 

 

Dünya üzrə orta göstərici 74,7 baldır və bu balı toplamaq o deməkdir ki, qadınların dörddə üçünün kişilər kimi iqtisadi hüquqları var.

 

(Visited 368 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir