İnsanın ömrü 69 ildə 22 il artıb – ARAŞDIRMA

1950-ci ildən dünyada ömür uzunluğu 22 il artıb. Bu barədə “Lancet” jurnalının xüsusi buraxılışnda çap olunan “Global Burden of Disease”nin (Xəstəliklərin qlobal yükü) araşdırmasında bəhs edilir.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Xəstəliklərin qlobal yükü göstəriciləri kompleks regional, yaxud qlobal tibbi statistik araşdırmalar nəticəsində alınıb. Xəstəliklərin qlobal yükü 50 ölkədən 500-dən çox tədqiqatçının əməkdaşlığının nəticəsidir.

 

Son məlumatlara görə, 1950-ci illə müqayisədə dünyada uşaq ölümünün səviyyəsi 7 dəfə azalıb. Əgər 1950-ci ildə ilk 5 yaşında 5 uşaqdan biri ölürdüsə, bu gün həmin göstərici 3,9 faiz səviyyəsindədir.

 

Həmin dövrdə kişilərin orta ömür müddəti 48 yaşdan 70,5-ə, qadınlarda 53-dən 76-ya yüksəlib.

 

Bu arada bütün dünya ölkələrində artıq çəkili insanların sayı çoxalıb. Bunun nəticəsində hər il 2-ci növ diabetdən milyondan çox insan ölür.

 

(Visited 32 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir