İntim ehtirası necə asanlıqla artırmaq olar – SEKSOLOQLAR

Bu barədə ucadan danışmaq qəbul edilməyib və ələlxüsus da problemlə bağlı həkimə müraciət etmək. Amma buna baxmayaraq, seksual istəyin olmamasına, özü də hər iki cinsin gəncləri arasında daha çox rast gəlinir.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, statistikaya görə, yaşları 18-dən 59-a qədər olan qadınların 32 və kişilərin 15 faizi uzun aylar seksual həyata meyllilik hiss etmirlər. Bəziləri isə bir zaman, ümumiyyətlə seks haqqında fikirlərə nifrətlə yaşayırlar. Həkimlər və psixoloqlar   bu vəziyyətdə özünüzə necə kömək etməli olduğunuzdan danışıblar.

 

İdmanla məşğul olmağa başlayın

 

Fiziki fəallıq ehtirasın qalxmasına son dərəcə müsbət təsir göstərir. İdmançı kişilərin iştirakı ilə araşdırmalardan biri göstərib ki, ehtiras üçün o qədər də intensiv və uzunmüddətli olmayan məşqlər daha faydalıdır. Əgər “tükənənə qədər” məşq edirsinizsə, onda istək böyük ehtimalla sönəcək. Kiçik müntəzəm qaçışlar, yaxud gimnastika orqanizmin hər mənada cürətlənməsinə kömək edəcək.

 

Masturbasiyadan imtina edin

 

Mastburasiya (kəfləmə) – bu üsulda gərginliyi aşağı salmaqda ilk növbədə pis heç nə yoxdur, ancaq sizin ehtirasınız inadla yatırsa, siz bununla vəziyyəti yalnız ağırlaşdıracaqsınız. Həm kişilərin, həm də qadınların istəyi birbaşa testosteronun səviyyəsindən asılıdır və yüksəltməyə kömək edəcək. İmtinadan cəmisi bir həftə sonra onun kəmiyyəti 2,5 dəfə yüksələ bilər.

 

Ot ekstraktlarını yoxlamağa çalışın

 

Effektliyi elmi baxımdan təsdiqlənməsə də, bitki mənşəli afrodiziaklar var, çoxlarına bu preparatlar kömək edir. Buraya aiddir xlorofitum borivilianum, Afrika bitkisi Mondia whiter, çabera yağı, uzun yarpaqlı evrikoma kökləri. Ancaq həkimlər xəbərdarlıq edir ki, bitki afrodiziaklarının qəbuluna qərar verəndə nəyin lehinə və əleyhinə olduğunu, xeyirli və zərərli tərəflərini götür-qoy etməli, əks effektliliyinə də hazır olmalısınız. Unutmayın, bu və ya digər preparatı qəbul etməzdən əvvəl, hətta bitki mənşəli olsa belə, mütəxəssislə məsləhətləşin.

 

Şokolad yeyin

 

Yalnız tərkibində yüksək kakao olan ləzzətlisini seçin, məhz bu qida da, bəzi məlumatlara görə, afrodiziaklara aiddir.

 

Zərərli vərdişlərdən imtina edin

 

Zərərli vərdişlər sizin seksual sağlamlığınıza da təsir göstərir. Siqaret çəkmək və alkoqol – ehtirasın əsl qatilidir, ona görə də əgər onlardan tamamilə imtina edə bilmirsinizsə, spirtli içki və tütün qəbulunu öz həyatınızda mimimuma endirməyə çalışın.

 

Emosiyalarınıza nəzarət edin

 

Alimlər çoxdan sübut ediblər ki, stress dərhal bütün orqanizmə zərbə vurur, tamamilə onun bütün funksiyalarına və sistemə təsir göstərir. Ona görə öz emosiyalarınıza nəzarət etməyi öyrənin. Kiməsə yoqa, kiməsə gəzinti, kiməsə də meditasiya yardımçı olacaq. Burada ən başlıcası öz variantınızı tapmaqdır.

 

 

(Visited 6. 979 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir