Yaşıl pomidorun bilinməyən faydaları

Adətən, turşusunu hazırladığımız, yeməklərin də ləzzətini artıran bu tərəvəzin qabığı o qədər faydalıdır ki, saç tökülməsini belə dayandıra bilir.

 

Bunch with elongated green and red tomatoes growing in the greenhouse

Medpress.az xarici mediaya istinadən bildirir ki, lif nisbəti olduqca yüksəkdir və yağların daha tez çəkilməsini təmin edir. Nəticə olaraq qəbizliyin və qaz problemlərinin öhdəsindən gələrək bağırsaq problemlərini aradan qaldırır. Yaşıl pomidorun qabığı əsrlər əvvəl tibbi məqsədlə istifadə edilib Faydaları arasında ən çox nəzərə çarpanı isə saç tökülməsinə qarşı mübarizə vasitəsi olub.

 

Saç tökümləsi ilə yanaşı, kəpək probleminin də dərmanıdır.

 

Güclü bir C vitamini mənbəyidir. Xüsusilə qışda istifadə edildikdə soyuqdəyməyə qarşı bədəninizi sığortalayacaq. Orqanizmdə olan xarici maddələri təmizləyir və qırmızı qan hüceyrəsi istehsalını sürətləndirir. Sadəcə, C vitamini mənbəyi olaraq qalmaz, yaxşı bir A vitamini anbarıdır. Katarakt kimi bəzi görmə problemlərini sizdən uzaq saxlayar. Lif baxımından zəngin olduğunu qeyd etmişdik. Həzmə yaxşı təsir etməsi ilə birlikdə kilo məsələsində də dəstəyiniz olur. Kalorisi son dərəcə aşağıdır və tox saxlamaq xüsusiyyəti var.

 

Qida və lif təmin etməklə yanaşı, aşağı kalori və az miqdarda yağdan ibarətdir. Eyni zamanda, pis yağları yox etmək üçün çalışır və inandırıcı bir təsir yaradır. Salata əlavə edəcəyiniz 2 ədəd yaşıl pomidor axşama qədər sizi tox tutmağa çatacaq. Tomatillo, niasin tərkibi sayəsində qida və kompleks molekullarını enerji ehtiyatlarına ayırmağa yardımçı olur.

 

Yaşıl pomidorun xüsusiyyətləri

 

Yüksək miqdarda C vitamini daxildir.

 

Antıkanserogen xüsusiyyəti var.

 

Güclü bir lif mənbəyidir.

 

Əzələlərin güclənməsinə kömək edir.

 

Yaşıl pomidor yeməyi

 

1 kiloqram yaşıl pomidor

 

2 ədəd orta həcmli baş soğan

 

200 qram qiymə

 

1 yemək qaşığı düyü

 

2 yemək qaşığı zeytun yağı

 

Yarım limon suyu

 

1 yemək qaşığı tomat

 

1,5 stəkan isti su

 

Bəzəmək üçün cəfəri

 

İstiot

 

Duz

 

Hazırlanması

 

Soğanları xırda doğrayıb zeytun yağında qarışdırırıq. Sonra qiymə əlavə edib qovurmaya davam edirik. Tomatı əlavə edib qarışdırıb isti suyu tökürük edirik. 1-2 dəqiqə qaynayanda yaşıl pomidorları əlavə edirik. Pomidorlar kiçiksə bütün olaraq, böyüksə dörd yerə bölərək atmaq olar. Pomidorları də yeməyə əlavə etdikdən 2 dəqiqə sonra düyü əlavə edərək orta istilikdə pomidorlar əriməyənə qədər təxminən 20 dəqiqə bişiririk. Ocaq üstündən götürməzdən əvvəl n əvvəl limon suyu, duz və istiotu əlavə edərək, cəfəri ilə bəzəyib qurtarandan sonra isti-isti yeyirik.

 

(Visited 192 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir