Şüşədəki xərçəng: Dəhşətli xəstəliyə səbəb olan 5 içki

Harvard universiteti alimlərinin sonuncu elmi araşdırması faktiki sübut edib ki, sərinləşdirici içkilər xərçəng xəstəliyinə yoluxmanın səbəbkarı ola bilər. Doğrudur, çox şey içkinin növü və dozasından asılıdır.

 

Medpress.az xarici mediaya istinadla mədəaltı vəzi xərçənginə səbəb olan şəkər əvəzediciləri tərkibli içkiləri təqdim edir.

 

Şəkər əvəzediciləri olan içkilər mədəaltı vəzi xərçənginə səbəb olur

 

İki içki həftədə onkologiya riskini 87 faiz artırır.  Bu Sinqapurdan olan alimlərin 14 illik mükəmməl araşdırma ilə gəldiyi nəticədir.

 

İstənilən qazlı içki prostat xərçəngi riskini artırır

 

Bir içki həftədə xərçəng riskini 40 faiz artırır. Bu İsveçrədən olan alimlərin qənaətidir. Onlar 15 il ərzində qazlı içki qəbul edən 8 min kişi üzərində araşdırma aparıblar.

 

Qazlı içki 9-14 yaşlı qızlarda süd vəzi xərçəngi olma ehtimalını artırır

 

Gündə 1,5 bankə şirin qazlı içki 2.7 aylıq menstruasiya başlanğıcını sürətləndirir. Və onkologiya riski artır, bunu Harvard alimləri söyləyirlər.

 

Süni E-123 (qırmızı amarant) konservant hamilələr üçün təhlükəlidir

 

Bu konservant demək olar bütün qazlı içkilərdə var. Hələ 1971-ci ildə sovet alimləri onu şişin inkişafı ilə əlaqələndirirdilər.

 

Şirin qazlı içki – xüsusilə təhlükəlidir

 

 O, xərçəngin müxtəlif növlərinə səbəb ola bilər.

 

Kola və energetik içkilər – rekordçudur. Bir bankədə 20 qaşıq şəkər var. Qaz, fosfatlar və rəngləyicilər içkinin zərərini dönə-dönə artırır.

 

(Visited 227 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir