Uşağın mayalanması üçün ən pis ay hansıdır? – ARAŞDIRMA

Alimlər araşdırma zamanı uşaq mayalanması üçün hansı ayın pis olduğunu müəyyənləşdirə biliblər. Bununla bağlı müvafiq işi İndiana universitetindən olan amerikalı mütəxəsisslər aparıblar.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, araşdırma zamanı müəyyənləşdirilib ki, daha sağlam uşaqlar daha çox onların dekabr ayında mayalanması zamanı doğulurlar.

 

Mayalanması iyun ayında qoyulanlar tez-tez müxtəlif xəstəliklərlə qarşılaşır, yaxud immuniteti zəif olur. İş çərçivəsində ekspertlər ümumilikdə 270 mindən yuxarı uşağın vəziyyətini təhlil ediblər.

 

Bu korrelyasiyanı elmi işçilər bununla bağlayır ki, iyun ayında insanlar, adətən qışdan fərqli olaraq daha çox meyvə və tərəvəz qəbul edirlər. Ancaq müsbət effekt əvəzinə həmin məhsullar orqanizmi müxtəlif pestisidlərlə “zəhərləyir” ki, bu da ananın və onun gələcək körpəsinin sağlamlığına mənfi təsir göstərir.

 

Əgər hamiləlik dekabr ayında başlayıbsa, uşaq yayda, yaxud payızın əvvəlində, vitaminlər və günəş işığı əlçatan olanda doğulacaq. Bundan əlavə, D vitamini bir sıra anadangəlmə xəstəliklərin inkişafı riskini azaldaraq körpənin sağlamlığına müsbət təsir göstərir.

 

(Visited 231 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir