Piylənmə uşaqlarda astma riskini artırır

Uşaqlarda astma xəstəliyinin inkişafı riskinin bir neçə amili mövcuddur və ən sanballısı belə görünür ki, piylənmə sayılır. Medpress.az xarici mediaya istinadla bildirir ki, bu haqda Amerika Pediatriya Akademiyasının jurnalında məlumat verilib.

 

ABŞ-dan olan alimlər müəyyənləşdiriblər ki, əgər piylənmə problemini aradan qaldırmaq olarsa, uşaqları astma xəstəliyinə yoluxmadan 10 faizə qədər yayındırmaq mümkündür. Tədqiqatçılara bu qənaətə gəlməyə yaşları 2-dən 17-yə qədər olan 500 mindən çox uşağın tibbi məlumatları yardım edib.

 

 

Astmanın yayılma səviyyəsi normal çəkisi və piylənmə olan xəstələr arasında müqayisə edilib. Nəticədə məlum olub ki, bu xəstəlik birinci qrupda daha çox görülüb və 23-27 faiz halda piylənmə ilə birbaşa əlaqəlidir. Bundan başqa, piylənmə tənəffüs yollarının xroniki iltihablı xəstəliklərini ağırlaşdırır.

 

“Astma pediatriya xəstəlikləri sırasında ən çox yayılmışlar sırasına aiddir. Əgər biz bu tendensiyanı dəyişmək istəyiriksə, astmanın müalicəsində və profilaktikasında piylənmə amilinin aradan qaldırılması prioritet olmalıdır”, – tədqiqat müəlliflərinin yekun rəyi belə olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir