Portağal şirəsini çox için, bu xəstəliyə yoluxmaq riskini azaldacaqsınız

Portağal şirəsi iflic riski inkişafını 24 faiz aşağı salır. Bu yeni araşdırma nəticəsində məlum olub.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, araşdırma müəllifləri yaşları 20-dən 70-ə qədər olan 35 min könüllü üzərində on illik müşahidə gedişində müəyyən ediblər ki, portağal və digər yeni sıxılmış şirələr iflic riskini 4 dəfə azaldır. Lazımi effekt üçün həftədə 4-dən 8 stəkana qədər portağal şirəsi içmək vacibdir.

 

Yeni sıxılmış şirələrin xeyiri haqda çox eşitmişik, lakin son zamanlar insanlar tərkibində yüksək şəkər olması səbəbindən bu şirələrdən imtina edirlər. Əgər yeni araşdırmaya inansaq, bu şirələrin xeyiri tərkibindəki şəkərə görə ziyanından çox olması mümkündür.

 

Araşdırma zamanı elm adamları bu şirənin istifadə səviyyəsini və 10 il ərzində iflis sayını müqayisə ediblər. Əlbəttə, iflicin inkişaf riski ilə bağlı olan digər amillər də nəzərə alınıb.

Araşdırmaya əsasən, əgər insan bu şirənin iki günötrə istifadə edirsə, iflic riski 20 faiz aşağı düşüb. Portağal şirəsi ürək xəstəliklərinin də sayının azalmasına kömək edib: onu xoşlayanlar bu xəstəliklə 12-13 faiz az üzləşiblər.

 

 

(Visited 105 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir