Vaşinqton Universitetinin mütəxəssisləri təbii balın insanı infarktdan və digər ürək-damar sistemi xəstəliklərindən qoruya bləcəyini sübut ediblər. Amerikalı alimlər qeyd edirlər ki, təbiətin ləzzəti olan balın tərkibindəki təbii trehaloz insan orqanizmində zülalı fəallaşdırır.
Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bu maddə arteriyalarda toplanan yapışqanlı lövhələri neytrallaşdırır və aterosklerotik reaksiyasına səbəb olur.
Ateroskleroz zamanı arteriyanın elastikliyi aşağı düşür, hipertoniya və ürək-damar xəstəlikləri infarkta qədər inkişaf edir.
Amerikalı alimlər əvvəllər sübut ediblər ki, toyuq yumurtası yeməkləri insanın ürək-damar sisteminə müsbət təsir edir və qan təzyiqini normallaşdırır. Bu qida səhər yeməyi üçün daha xeyirlidir.