Vərəmin kökü 2045-ci ildə tamamilə kəsiləcək – EKSPERTLƏR

Bizim planetdə 2045-ci ildə vərəmin kökü birdəfəlik kəsiləcək. Bunu beynəlxalq alimlər qrupu iddia edib. Ancaq bu ölümcül təhlükəli xəstəliyə qarşı mübarizə üçün düzgün maliyyələşdirilmə aparılmalıdır.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, vərəm hələ də ildə 1,6 milyondan çox insanı öldürür.  Bunu BMT-nin vərəm məsələləri üzrə xüsusi elçisi Erik Qusbi də təsdiqləyir. Onun fikrincə, bu ciddi problem inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün iqtisadi yükdür.

 

Ekspertlərin sözlərinə görə, məhz bu səbəbdən bəşəriyyətə vərəmin kökünü birdəfəlik kəsmək maddi cəhətdən də sərfəlidir, əks halda bu infeksiyanın yayılmasından daimi itkilərlə həmişə üzləşməli olacaqlar.  Bu xəstəliyə qalib gəlməkdən ötrü onun diaqnostikası yaxşılaşdırılmalı, müalicə imkanları yüksəldilməli və risk qrupundakılar  yoluxma təhlükəsi haqda məlumatlandırılmalıdır. İndiki zamanda dünyada ildə 10 milyona yaxın vərəmə yeni yoluxma qeydə alınır.

 

Ekspertlər xatırladırlar ki, vərəm əgər vaxtında diaqnoz qoyularsa, qarşısı alına biləcək xəstəlikdir və müalicənin də təsiri altına yaxşı düşür. Lakin o hələ ki bütün dünyada insanları öldürür. Bundan əlavə, o ildə QİÇS və  malyariya ilə birlikdə götürəndə daha çox adam öldürür. Son 100 ildə isə bəşəriyyətin qarşısında vərəmə qarşı yeni effektli vaksinlər görünməyib. 

 

Mütəxəssislərin sözlərinə görə, vərəm min illərlə mövcud olub, gizli formada isə Yer kürəsinin hər dördüncü sakinində var.

 

Vərəmə qarşı mübarizənin maliyyələşdirilməsində, mütəxəssislərin sözlərinə görə, problemlər var. Bunun üçün HİV-infeksiyanın müalicəsi sahəsində araşdırmaya sərf olunan vəsaitin cəmisi 10 faizi ayrılır. 13 ölkədən olan ekspertlər qrupu qeyd edir ki, vərəm üzərində qələbəyə nail olmaq üçün maliyyələşməni 4 dəfə artırıb ildə təxminən 3 milyard dollara çatdırılması vacibdir.

 

 

 

(Visited 142 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir