Koronavirusun kafedə yayılma sürəti ilə bağlı şok eksperiment – VİDEO

Artıq bir neçə gündür kafe və restoranların fəaliyyətinə icazə verilib. Düzdür, bu cür obyektlər vaxt məhdudiyyəti və xüsusi qaydalar çərçivəsində müştəri qəbul etsələr də, yoluxma riski yüksək olaraq qalır. Medpress.az xarici mediaya istinadla bildirir ki, yaponiyalı elm adamları da koronavirusun kafe və restoranlarda yayılma sürəti ilə bağlı maraqlı eksperiment aparıblar. Kameralarla lentə alınan eksperimentlə bir kafedə şərti olaraq koronavirus xəstəsinin virusu 30 dəqiqə ərzində içəridəkilərin hamısına “yoluxdurduğu” üzə çıxıb.

 

“Qara işıq” adlandırılan eksperimentlə koronavirusun yayılma sürəti test edilib. Eksperimenti Yaponiyanın NHK kanalı aparıb. Bir kafedə nahar edən 10 nəfərdən birinin əlinə şərti olaraq koronavirus xəstəsi olduğunu göstərən xüsusi boya sürtülüb. Yarım saatın tamamında isə “qara işığ”ın altında şərti olaraq virus qəbul edilən boyanın izləri araşdırılıb. Bu zaman nəticə hər kəsi dəhşətə gətirib -digər 9 nəfərin hamısında boya izlərinə rast gəlinib. Həmçinin masalarda, oturacaqlarda, qab-qacaqda da boya izləri görülüb. Bu isə bir daha gigiyena və sosial məsafə qaydalarına əməl etməyin nə qədər vacib olduğunu göstərir.

 

Eksperimentin videosunu təqdim edirik:

 

 

(Visited 96 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir