Koronavirus daha 41 can aldı: 4267 yoluxma, 2566 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4267 yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq sağalıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

 

Hazırki dövrədək ölkəmizdə 138 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 83 min 800 nəfər müalicə olunaraq sağalıb, 1551 nəfər vəfat edib. Aktiv xəstə sayı 52649 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 797 min 26 test aparılıb. Bugünkü test sayı 15808-dir.

 

(Visited 39 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir