Bu meyvə damarlardakı yağı silib süpürür

Passiflora meyvəsi (marakuyya və ya yeməli passiflora Braziliya torpağında bitən meyvədir), xalq arasında burulğanlaşma meyvəsi adı ilə də tanınır. Adını çox eşitmədiyiniz, sağlamlıq baxımından fövqəladə faydaları olan bu meyvənin mütəxəssislər mütləq istifadəsinin lazım olduğunu qeyd edirlər.

 

Medpress.az xarici mediaya istinadən passiflora meyvəsinin daha əvvəl heç eşitmədiyiniz faydalarını təqdim edir.

 

Əsrlərdir populyar olan passiflora meyvəsi Azərbaycanda çox istifadə edilmir. Ancaq sağlamlığa olan təsirini öyrəndikdən sonra bu meyvə sizlər üçün əvəzolunmaz olacaq. Passiflora meyvəsinin yaxşı təsir etdiyi xəstəliklər və sağlamlığımıza olan təsirləri bunlardır.

 

C vitamini anbarıdır

 

Passiflora meyvəsinin içərisində bol miqdarda C vitamini var. C vitamini orqanizmi bakteriyalardan qorumaq üçün ağ qan hüceyrələrini xəbərdar edir. Meyvənin içərisindəki antioksidantlar eyni zamanda bədəndəki zərərli toksinləri təmizləməyə kömək edir. Beləliklə, passiflora meyvəsi bir çox xərçəng növlərindən və infeksiyalardan bədənimizi qorumağa yardımçı olur.

 

Gənc görünüşlü bir dəri

 

Hamımız antioksidantların dərimiz üçün yaxşı olduğunu bilirik. Passiflora meyvəsində A vitamini, C vitamini, riboflavin və karoten kimi bir çox növdə antioksidant olur. Bu antioksidantlar orqanizmdəki sərbəst radikalların istehsalını azaldır. Sərbəst radikallar bədən hüceyrələri tərəfindən yan məhsul kimi istehsal olunur və dərinin qocalmasına səbəb ola bilər. Passiflora meyvəsinin anti-enflamatuar xüsusiyyətləri dərimizi sakitləşdirmək iqtidarındadır.

 

İmmuniteti artırır

 

Passiflora meyvəsi, immunitetini artıran C vitamini, beta-kriptoksantin və alfa-karoten baxımından olduqca zəngindir. Bundan başqa, qırmızı qan hüceyrələrimizdə hemoqlobini artıran dəmirə malikdir.

 

Sümük çatlamasının qarşısını alır

 

Passiflora meyvəsinin maqnezium, kalsium, dəmir fosfor, kalium və natrium kimi minerallar baxımından zəngin olduğu məlumdur. Bu minerallar sümük sıxlığını qoruyur, sümüklərin sürətli toparlanmasına yardımçı olur və osteoporozun qarşısını alır.

 

Damarlardakı artıq yağları aradan qaldırır

 

Bu meyvə həzm sistemini canlı tutmaq üçün təbii bir ağ tikan vəzifəsini yerinə yetirər. Qəbizliyin aradan qaldırması ilə yanaşı, mədə-bağırsaq probleminin önünə keçmək üçün damarlardakı xolesterini və yağ miqdarını da azaltmağa köməkçi olar.

 

(Visited 252 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir