Kişilərin seks zamanı əsas səhvləri

Qadınlar sekslə məşğul olan zaman kişilərin yol verdiyi ən böyük səhvlərdən danışıblar. Seksoloqlar da kişilərin seks zamanı daha çox etdikləri səhvləri müəyyənləşdiriblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə,  ən geniş yayılan və qadınları qıcıqlandıran ən kəskin səhv kişilərin buna razılıq almadan oral ünsiyyətdən zövq almaq istəyidir. Başqa sözlə, kişilər az qala güc tətbiqi ilə qadınları buna məcbur etməyə çalışırlar.

 

Qadınların fikrincə, kişilərin bu cür münasibətə onların istəyinin olub-olmadığını soruşmaması və əks təqdirdə buna məcbur etməsi ciddi səhvdir. Əks təqdirdə, bu çox xoşagəlməz və hətta aqressiv məşğuliyyət olur.

 

Ümumilikdə qadınların xoşuna gəlmir ki, kişilərin hamısı, ümumiyyətlə onların tərəfdaşlarına yataqda nəyin ləzzət verəcəyi ilə maraqlanmırlar.  Bu, kişilərin daha geniş yayılan səhvlərindən biridir. Əgər tərəfdaşı bu haqda açıq söhbət edirsə, təcrübdən keçirmirsə, onda qadınlar seksdən daha böyük ləzzət alırlar.

 

Səhvlərdən biri də kişinin boşalmadan sonra qadına marağının itməsidir. Güclü cinsin nümayəndələrinin əksəriyyəti intim münasibətdən ləzzət aldıqdan sonra öz tərəfdaşını qucaqlamaq və öpməklə həvəsləndirməkdən hətta imtina edir. Qadınlar belə tərəfdaşı hədsiz eqoist hesab edir və onunla bir daha sekslə məşğul olmağa cəhd göstərmir.

 

(Visited 3. 605 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir