Kişilər, qadınlar düşünürlər ki, siz belə olmalısınız – ARAŞDIRMA

Mütəxəssislər əmin olublar ki, indiki qadınların əksəriyyətinin daimi həyat yoldaşı seçimində müəyyən meyarları var. Oreqon ştatı Universitetindən olan alimlərin apardığı araşdırma nəticəsində optimal kişinin necə olması müəyyənləşdirilir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, psixoloqlar müəyyənləşdiriblər ki, qadın əvvəlcə kişinin yanında özünü təhlükəsizlik və əmin-amanlıq şəraitində hiss etmək istəyir. Çünki o, həmişə belə kişinin müdafiəsinə və istənilən problemi həll etmək qabiliyyətinə ümid edir.

 

Alimlər qadınların gözü ilə ideal kişinin portretini yaratmaq istəyiblər. Daha bir mühüm keyfiyyət yalanın olmaması, dürüstlük, sədaqət və şəffaf münasibətlərdir. Bundan əlavə, güclü cinsin nümayəndəsi zərurət yarandıqca, ev işləri ilə məşğul olmağı bacarmalıdır.

 

Qadınların romantik sevgidən əlavə kişilərdə görmək istədikləri mühüm keyfiyyətlər reytinqinin sonunda yumor hissi, mətbəx və pul qazanmaq bacarığı qeyd edilir.

 

 

(Visited 145 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir