50 yaşlı kişinin ehtiras alovunu yenidən sınamaq cəhdi acınacaqlı qurtarıb. Adı çəkilməyən kişi həkimlərin tövsiyə etdiyindən on dəfə çox sildenafil içib. Sildenafil potensiyanı artırmaq üçün dərman vasitəsidir. Sildenafilin istehsal edildiyi populyar ticarət markası Viaqradır.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, yüksək dozadan sonra kişinin görməsi ilə bağlı ciddi problem yaranıb və həkimə müraciət etməyə məcbur olub. Onun zəif işıqlandırma zamanı görməsi zəifləyib və işıqdan qorxma qabiliyyəti artıb.
Həkimlər Viaqra həvəskarının torlu qişasında pozuntular yarandığını müəyyənləşdiriblər. Təhlükə ondan ibarətdir ki, torlu qişanın hüceyrələrini sərbəst şəkildə bərpa edə bilmirlər və bu korluğun inkişafına səbəb ola bilər.
Bundan əvvəlki araşdırma ilə müəyyən olunub ki, Viaqranın həddindən artıq istifadəsi görmədə problemlər yarada bilər. Hətta dərmanın ikiqat artıq qəbulu gözlərə mənfi təsir etmək gücündədir. Viaqranın nisbətən geniş yayılan mənfi effekti baş ağrısı, ürəkbulanma, başgicəllənmədir.
Viaqranın istehsalçısı olan Pfizer şirkəti də göstərir ki, dərmanın kənar effektləri həm rəng pozulması, həm də qeyri-dəqiq görmədir.