İmmun sistemini gücləndirir, maddələr mübadiləsini nizamlayır…

Yazın nəfəsi duyulan kimi ilkin çiçək açan ağaclardan biri də zoğaldır. Zoğal o meyvələrdəndir ki, onu əkib-becərmək, bar vədəsinə çıxarmaq heç bir zəhmət və qulluq tələb etmir. Medpress.az tibbi mənbələrə istinadən xəbər verir ki, zoğalın tərkibində vitamin, mineral və güclü antioksidantlar olduğuna görə onun mütəmadi istifadəsi immun sistemini gücləndirir, maddələr mübadiləsini nizamlayır. Ondan bir sıra mədə problemlərini aradan qaldırmaq üçün də istifadə edirlər.

 

Zoğal şirəsinə bal və yumurta sarısı qataraq onunla qarın yatalağını müalicə edirlər. Buna görə də xalq təbabətində zoğaldan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur.

 

Qurudulmuş zoğal tumu əzilərək üyüdüləndən sonra unla qarışdırılaraq sağalmayan yaraların üzərinə qoyulur.

 

Zoğaldan bədənin duz balansını tənzimləmək üçün də faydalanmaq mümkündür. Çin təbabətində ona vərəm əleyhinə və qulaqda küyə qarşı vasitə kimi baxılır.

 

Zoğalın meyvələrindən hazırlanan mürəbbə soyuqdəymənin qarşısının alınmasında təbii vasitə sayılır.

 

Qədim zamanlarda zoğalın tum və kökündən malyariyanın müalicəsi üçün istifadə edirdilər.

 

Qurudulmuş zoğal və onun yarpaqlarını üç il müddətində saxlamaq mümkündür və həmin dövrdə müalicəvi təsirini itirmir.

 

(Visited 57 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir