Səhiyyə naziri araq içməyin, siqaret çəkməyin və ət yeməyin əleyhinə deyil

Yaxınlarda Norveçin səhiyyə naziri təyin olunan Silvi Listheyr deyib ki, insanlara düzgün yaşamağı zorla qəbul etdirmək olmaz. Onun fikrincə, insan necə yaşamaq seçimində sərbəstdir – ət yeyə, siqaret çəkə və spirtli içki qəbul edə bilər. Xanım Silvi əxlaq polisi rolunda çıxış etməyəcək.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, nazir əmindir ki, insanlar zərərlini xeyirlidən seçmək iqtidarındadır, buna görə onlara hökumətin köməyi lazım deyil. Həmçinin siyasətçi siqaret çəkənlərə rəğbət bəsləyir və hesab edir ki, müasir cəmiyyətdə təcridetmə ədalətsizlik olardı.

 

Silvi Listheyrin 41 yaşı var və avropalılar üçün qeyri-standart baxışlarına baxmayaraq, ən populyar siyasi xadimlərdən biri sayılır. O, eynicinslilərin nikahının əleyhinədir, sosializmi xoşlamır və müsəlman-miqrantlara qarşı çox kəskin mövqedədir.

 

Nazir hesab edir ki, köçkünlər yeni mühitə hörmət etməlidir, yalnız öz mədəni ənənələrinə müraciət etməməlidir.

 

Silvi məhz ölkəyə qeyri-leqal yolla gələn müsəlmanlara münasibətdə mövqeyinə görə ədliyyə və miqrasiya naziri postundan məhrum edilib.

 

(Visited 56 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir