Beyni üzündə olan uşaq doğuldu

Pakistanlı uşağın beyninin bir hissəsi kəllə qutusundan kənarda qalıb. Ensefalosen və ya beyin yırtığı – həkimlər Pakistanda doğulan oğlana belə diqanoz qoyublar. Nadir anadangəlmə qüsur hətta dünyanın ən təcrübəli həkimlərini də maraqlandırıb.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Deimu Manqrio indi 8 aylıqdır. Doğulanda onun burnunda yalnız bir “xal” olub və heç bir diqqət verilməyib. Şiş sürətlə böyüməyə böyüməyə başlayıb.

 

Yalnız bir müddət sonra aydın olub ki, bu beyin yırtığıdır. Boz maddənin bir hissəsi kəllə qutusundan kənarda qalıb. Həkimlərin sözlərinə görə, bu şişi müalicə etmək vacibdir.

 

Şiş indi uşağın görməsinə az mane olur, ancaq tezliklə görmə qabiliyyətinə tam əngəl törədə biləcəyindən valideynləri əməliyyata tələsirlər.

 

Lakin MRT analizinin nəticələrini gözləmək lazımdır. Deimanın ata və anası bütün pullarını bahalı müayinələrə xərcləyiblər.

 

 

(Visited 22 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir