Ölkədə balıq məhsullarının istehsalı yarıbayarı azalıb

Son 20 ildə Azərbaycanda balıq məhsullarının istehsalı, təqribən, 50 faiz azalıb. Medpress.az  bildirir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

 

 

Qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə balıqçılıq sahəsində vəziyyəti təhlil etmək və bu sahənin inkişafı üçün təkmilləşdirmə məqsədli tövsiyələri müzakirə etmək üçün seminar keçirib. Tədbirdə təşkilatçı qurumlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak ediblər. 

 

“Azərbaycanda balıqçılıq sektorunun dayanıqlı inkişafı üçün dövlət balıq təsərrüfatlarının qiymətləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış 10 müxtəlif balıq təsərrüfatının texniki və iqtisadi tərəflərinin qiymətləndirmə hesabatı mütəxəssislərə rəy üçün təqdim edilib. Hesabatın təsdiqindən sonra sahə ilə bağlı biznes planının hazırlanması üçün növbəti seminarın keçirilməsi nəzərdə tutulur.

 

(Visited 29 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir