“Hava vitaminləri” yayan duz lampası

Dağlıq və dağətəyi bölgələrdə, meşədə, dəniz və çay kənarlarında, eləcə də yağışdan sonrakı təmiz, gözəl havanı udmaq orqanizmə xoş təsir edir. Bunun əsas səbəbi neqativ ionların havaya təzəlik, canlılıq və təravət verməsi və zərərli bakteriyaların azalmasıdır. Neqativ ionlara “hava vitaminləri” də deyirlər.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. Onun təklif etdiyi duz lampaları həmin ionların orqanizmə göstərdiyi müsbət təsir gücünə əsaslanır:

– Məişətdə istifadə olunan elektrik alətlərinin havaya yaydığı ion seli orqanizmin təbii elektrik yükündən çoxdur. Mənzil və iş yerləri kompüter, telefon, televizor kimi cihazların yaydığı müsbət ionlarla doludur. Bunun nəticəsində vaxtının çoxunu kompüter qarşısında keçirənlərdə əsəb gərginliyi, yuxusuzluq və halsızlıq yaranır. Bu qədər elektrik yükü orqanizmdə bəzi hüceyrələrin zədələnməsi və bəzilərinin isə aqresivləşməsinə səbəb olur”.

 

Həkim-fitoterapevt bu sahədə çıxış yolunu da göstərib: “Ətraf mühitdə olan müsbət ionları neytrallaşdırmaq, onların orqanizmə göstərdiyi mənfi təsirləri aradan qaldırmaq üçün duz lampalarından istifadə etmək olar. Kristal duzun içərisinə yerləşdirilmiş lampa yanarkən duz azacıq isinir və ətrafdakı rütubəti lampa üzərinə toplayır. Nəticədə nəmlənən kristal duz ətrafına mənfi ionlar saçır. Onlar ətrafdakı müsbət yüklü ionlarla birləşərək onu neytrallaşdırır, bəzi müsbət yüklü ionların zərərli təsirindən qoruyur.

 

Kompüterin yanına qoyulan duz lampası həm xoş görünüş verir, həm də otağın elektrik yükünü azaldır, baş ağrıları, stress və yuxusuzluğu aradan qaldırır. Enerji və əhval-ruhiyyənin yüksəlməsinə havada mənfi ionların olması müsbət təsir göstərir.

 

Duz lampalarını yataq otağında gecə lampası yerinə işlətmək də çox faydalıdır.

 

İndiyədək bir çox alimlər mənfi ionlar saçan aparatlar düzəldiblər. Mən bir həkim kimi duz lampasını daha düzgün və səmərəli hesab edirəm, çünki onun ətrafa saçdığı ionlar təbiidir. Təbii olan isə hər bir zaman faydalıdır”.

 

(Visited 71 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir